Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani evlənib.

Bu barədə prezidentin özü sosial şəbəkədə paylaşım edib. Teymuraz Parisdə Konstansa adlı xanımla ailə qurub. O, öz toyunda milli Qafqaz geyimində olub və gürcü ənənələri ilə evlənib.

Qeyd edək ki, Teymuraz Zurabişvilinin iranəsilli həyat yoldaşıyla ilk nikahından dünyaya gəlib. O, Nyu-Yorkda yaşayır və BMT-də işləyir. Prezidentin Ketevan adlı bir qızı da var. O isə Fransada jurnalistdir.



İstinadlar Qafqazinfo