Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçiriləcək prezident seçkilərində yenidən iştirak etməyə hazır olduğunu bildirib.

Bu barədə TASS məlumat yayıb. 

Xatırladaq ki, 72 yaşlı S.Zurabişvili 2018-ci ilin dekabrından Gürcüstan prezidentidir.

Onu da qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.