Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

Bu barədə Prezident bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, bu qanun Gürcüstan konstitusiyası da daxil olmaqla, bütün Avropa standartlarına ziddir. 

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

İstinadlar Qafqazinfo