“Zoom” şirkəti startaplara kömək üçün 100 milyon dollar dəyərində investisiya fondu yaradıb. Vəsaitlər həll və məhsulların yaradılması üçün videoservisin alətlərindən istifadə edən tərtibatçılara təqdim ediləcək.

Proqram iştirakçılarının seçiminə xüsusi “Zoom” komandası cavabdeh olacaq və layihələrə nəzarəti həyata keçirəcək. Hər startapa 250 min və 2,5 milyon dollar arasında maliyyələşmə ayrıla bilər. Bundan başqa, şirkət tərtibatçılara “Zoom” resurs və rabitəsindən istifadəyə şərait yaradacaq. İştirak üçün müraciəti xüsusi saytda etmək olar.

Martın sonunda “Zoom” yeni “SDK” alətlərini təqdim edib. Onlar vasitəsilə şirkətin texnologiyaları əsasında videoservislər yaratmaq mümkündür. Həmçinin tərtibatçılar videoservisi öz layihələrinə inteqrasiya edə bilərlər.

Nizam Nuriyev

İstinadlar ict news