“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla bilər. Lakin məhz platformanın bu özəlliyi istifadəçilərin kommunikasiyasını təhlükəli edir.

“Zoom” şirkəti ötürülən məlumatların tamamilə şifrlənməsi hesabına video konfransların təhlükəsizliyini yüksəltməyə hazırlaşır. Ancaq böyük ehtimalla yalnız ödənişli tariflərin istifadəçiləri şifrləmədən istifadə edə biləcəklər. Şirkət müxtəlif texnologiya və iqtisadi amilləri nəzərdən keçirir.

“Zoom” video konfranslar platformasının populyarlığı koronavirus pandemiyası ilə tətbiq edilmiş karantin vaxtı kəskin yüksəlib. “Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla bilər. Lakin məhz platformanın bu özəlliyi hakerlərə başqalarının video konfranslarına qoşulmaq imkanı yaradıb.

Emil Hüseynov

İstinadlar ict news