Türkiyədə iyunun 30-da Yalova Kocaelini birləşdirəcək “Osmangazi” körpüsünün açılışı olub.

Təxminən 39 aya ərsəyə gələn körpünün açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, müxtəlif ölkələrin dövlət və hökumət rəsmiləri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinə Nəqliyyat naziri Ziya Məmmədov başçılıq edir.

Açılış mərasimində bu layihənin strateji əhəmiyyəti vurğulanıb. “Osmangazi” körpüsü vasitəsi ilə İstanbul və İzmir arasındakı 9 saatlıq məsafənin 3,5 saata qət etmək mümkün olacağı qeyd olunub. Körpünün uzunluğu 2,682 m, eni isə 35,93 m-dir. İnşa edilən körpünün dünyanın nəhəng inşaat layihələri arasında özünəməxsus yeri olduğu bildirilib.

Türkiyə KİV–in yaydığı məlumata görə, körpü həm də bölgənin inkişafına yardımçı olacaq. Belə ki, körpünün yanında ticarət mərkəzləri tikiləcək, bu isə artıq minə yaxın iş yeri deməkdir.

Açılış mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə tədbirdə iştirak etmiş yüksək vəzifəli qonaqlar üçün iftar mərasimi təşkil olunub.

Oxumağa dəyər:   Ermənistanın ‘140 hektar ərazi tutmuşuq’ iddiasına elə ermənilərin özlərindən ziddiyyətli şərhlər

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziya Məmmədovun İstanbulda Türkiyə dövləti rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Ziya Məmmədov Ərdoğan və Binəli Yıldırımla bir arada -  Foto

Ziya Məmmədov Ərdoğan və Binəli Yıldırımla bir arada -  Foto

Ziya Məmmədov Ərdoğan və Binəli Yıldırımla bir arada -  Foto

( Ölkə-az)