Madrid “Real”ın baş məşqçisi Zinəddin Zidan istefa verib

Fransalı mütəxəssis artıq “Kral klubu”nu çalışdırmayacağını açıqlayıb. Onun komandanın rəhbəri Florentino Pereslə görüşdən sonra qərar verdiyi bildirilir.
Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi olub.