“Real Madrid” Amerikada təşkil olunan “Beynəlxalq Çempionlar Kuboku”nu son pillədə başa vurub

Madrid klubu hər kəsin maraqla gözlədiyi oyunda “Barselona”ya 2:3 hesabıyla uduzub.
Komandanın baş məşqçisi Zinəddin Zidan bunları deyib:
“Matça pis başladıq və 7 dəqiqə ərzində qapımızda 2 qol gördük. Ümumi götürəndə, pis oynadığımızı deyə bilmərəm. Heç nə gizlətmirik. Meydana çıxanda yaxşı oynamağa çalışırıq. Bir neçə gündən sonra “Barselona” ilə yenidən qarşılaşacağıq. Bu görüşdə təkbətək mübarizələrdə xeyi top itirdik. Bizim üçün xarakterik olmayan bir şeydir.
Yeni mövsümə hazırlıq davam edir. Biz də belə nəticələri gözləmirdik. Amma bunun heç nəyə təsiri yoxdur. Əsas məsələ avqustun 8-də keçiriləcək Superkubok matçına hazırlaşmaqdır. Səbrli olub işləmək lazımdır. “Barselona”ya məğlubiyyət məni narahat etmir. Uduzmaq həmişə xoşagəlməzdir. İndi əsas məsələ bu deyil. Daha yaxşı oynayıb nəyisə dəyişmək zəruridir”.