Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var.

Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Umarov Əmrah Vüqar oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kəsişməsində olan ağacla toqquşub. Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

İstinadlar Report