
“Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin iqtisadi və sosial vəziyyətini yaxşılaşdıracaq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, Ağrı Türkiyədən Qafqaza, Orta Asiyaya, Cənubi Asiyaya və Çinə qədər uzanan böyük potensialın tam mərkəzində yerləşir.