Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, hazırda AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.

İstinadlar Report