“Dekabrın 7-si baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfləti miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stress hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur”.

Bunu jurnalistlərə açıqlamasında institutun direktoru, professor Gülnaz Dadaşova deyib.

Müraciət edənlərin yaş qrupları barəsində məlumat verən G.Dadaşova onların arasında tələbələrin də olduğunu deyib: “İnstitut 18 yaşdan yuxarı vətəndaşlara tibbi xidmət göstərir. Zəlzələdən sonra müxtəlif yaş qruplarından çoxsaylı müraciətlər qeydə alındı. Onlar arasında tələbələr, yaşlı insanlar, ürək, beyin patologiyalarından, şəkərli diabetdən əziyyət çəkənlər var idi. İndiyə qədər təzyiqdən şikayət etməyənlərdə təzyiqin artması müşahidə olunmuşdu. Hətta şəkərli diabeti olmayanlarda həmin xəstəliyin yaranması qeydə alınıb”.

İstinadlar Qafqazinfo