“Türkiyədə baş verən zəlzələnin episentri Kahramanmaraşdır. Davamiyyəti 9 dəqiqədən artıq olub. Bu, çox böyük göstəricidir”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Türkiyədə vaş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, artıq tapşırıq verilib və Azərbaycandan 370 nəfərdən ibarət xilasedici Türkiyəyə gedir: “Türkiyədə zəlzələ nəticəsində 280-dən çox ölən, 2300-dən çox yaralı var. Zəlzələ az halda Naxçıvan və Lənkəran bölgəsində hiss olunub”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo