Ukrayna ordusunda islahatlar həyata keçiriləcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə israilli tələbələrlə danışarkən bildirib.

Zelenski İsraildə qəbul edilmiş sistemə əsasən, hərbi xidmətə yanaşmanın dəyişdirilməsini istisna etməyib.

“Bu, Ukrayna Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyinin bazası əsasında hazırladığımız təhlükəsizlik islahatında nəzərdə tutulan modellərdən biridir. Belə bir model var, bu modeli mütləq nəzərdən keçirəcəyik, ictimaiyyətlə müzakirə edəcəyik”, – Ukrayna lideri vurğulayıb.

Zelenski deyib ki, işə qəbul sistemi və hərbi qulluqçuların minimum sayının hesablanması artıq əvvəlki kimi olmayacaq. Tələbələr üçün də yanaşma dəyişəcək.

İstinadlar Report