Ukrayna prezidenti Vladimir Zelenskinin tərəfdarlarının partiyası seçki protokollarının 50,01%-nin sayılmasından sonra liderliyini qoruyur.

Xalqın Xidmətçisi Partiyası səslərin 42,45%-ni qazanıb.

Müxalifət Platforması – Həyat Uğrunda Partiyası 12,88%, Avropa Həmrəyliyi Partiyası 8,64%, “Batkivşina” partiyası 8,01% və Qolos Pariyası isə 6,38% səs toplayıb.