Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil.

Bunu Ukraynanın “Publika” nəşrinə müsahibəsində ölkə Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak söyləyib ki, Ukrayna bu gün müharibəni dayandırmaq məqsədilə Rusiya ilə danışıqlar aparmaq üçün kifayət qədər güclü mövqedə deyil: “Biz bərabər şərtlər əsasında və çox güclü olduğumuz zaman danışıqlara gedə bilərik”.

Onun sözlərinə görə, Ukrayna NATO-ya dəvət almağa və iki-üç ildən sonra münaqişənin bərpa olunmayacağına dair açıq zəmanət almağa çalışır.

Qeyd edək ki, V.Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak daha əvvəl Moskvanın şərtləri ilə danışıqların baş tutmasını istəmədiyini açıqlayıb. O, söyləyib ki, Ukraynanın danışıqlarda maraqlarınn təmin olunması üçün Qərb Rusiyaya təzyiqlərini artırmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 8-də qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır.

İstinadlar Report