
“Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəkləyib. Ötən həftə baş verən hərbi əməliyyatlar da Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini təsdiqləyir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna prezidenti Volodimir Zelenski xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fedor Venislavski Azərbaycan ordusunun ötən həftə Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinə münasibət bildirərkən deyib.