Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukrayna və Avropanın təhlükəsizliyi, həmçinin davamlı sülhə nail olmağa kömək edəcək zəmanətləri müzakirə edib.

Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, fevralın 17-də Makron Zelenskiyə Parisdə Avropa liderlərinin görüşü barədə məlumat verib. Müzakirənin mövzusu qlobal vəziyyət, o cümlədən Avropada təhlükəsizlik və Ukraynaya dəstək olub.

İki ölkənin liderləri “etibarlı və güclü təhlükəsizlik zəmanətləri”nin zəruri olduğunu və “kövrək atəşkəs” kimi hər hansı həllərin “yalnız Rusiyanın növbəti aldatması və yeni müharibənin başlanğıcı ola biləcəyi” fikrində razılaşıblar.

Makron həmçinin Zelenskini digər liderlərlə danışıqları barədə bilgiləndirib və davamlı sülhə nail olmaq üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Prezidentlər daimi əlaqədə qalmaq barədə anlaşıblar. “Buna yalnız güclü təhlükəsizlik zəmanətləri sayəsində nail olmaq mümkündür”, – mətbuat xidməti qeyd edib.

İstinadlar Report