Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb
Görüş sentyabrın 7-də “Ambrosetti” beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutub.
“Bizə göstərdiyiniz dəstəyə görə sizə və komandanıza, bütün İtaliya xalqına çox minnətdarıq”, – V.Zelenski bildirib.
Görüş zamanı Prezident İtaliyanın Baş nazirinə döyüş meydanındakı vəziyyət barədə məlumat verib, həmçinin ən vacib müdafiə ehtiyaclarından danışıb.