Ukrayna öz resurslarını ABŞ-yə və ya digər Qərb tərəfdaşlarına verməyi planlaşdırmır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində bildirib.

“Bu çox zəngin torpaqdır. Lakin bu o demək deyil ki, biz onu kiməsə, hətta strateji tərəfdaşlara verəcəyik. Biz tərəfdaşlıqdan danışırıq”, – o deyib.

V. Zelenskinin sözlərinə görə, Kiyev Vaşinqtona öz faydalı qazıntı yataqlarını verməyi deyil, onların birgə işlənməsi üzrə qarşılıqlı faydalı əməkdaşlıq aparmağı təklif edir.

“Ən çox amerikalılar kömək ediblər və buna görə də ən çox amerikalılar qazanmalıdırlar. Və onlarda bu prioritet olmalıdır və olacaq”, – Zelenski söyləyib və əlavə edib ki, bu barədə ABŞ Prezidenti Donald Trampla danışmaq istərdi.

İstinadlar Report