Ukraynanın Rusiya ilə müharibədə yeni qalibiyyət planı 90%-dən çox hazırdır və gələn həftə müttəfiqlərinə təqdim olunacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

“Gün ərzində müxtəlif formatlarda Ukraynanın qələbə planını hazırlamaq üçün görüşlər keçiririk. Hər bir istiqamət üzrə əsas şəxslər cəlb olunub”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün lazım olan addımlar artıq dəqiq müəyyən edilib: “Hər bir addım üçün dəqiq nəyin lazım olduğu, gücləndirilməsi üçün nəyin işləyəcəyi aydın bir siyahı var. Orada mümkünsüz bir şey yoxdur. Hər şeyin 90%-dən çoxu yazılıb. Artıq gələn həftə biz müttəfiqlərə təqdim etmək üçün qələbə planı hazırlayırıq”.

Zelenski vurğulayıb ki, yeni paket təkcə Ukrayna üçün deyil, həm də dünyada beynəlxalq hüquqa dəyər verən hər kəs üçün vəziyyətin düzgün inkişafını təmin edə bilər.

İstinadlar Report