Ukrayna Silahlı Qüvvələrinin (USQ) müharibədəki itkiləri Rusiyanınkından beş dəfə azdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

Jurnalistin Zelenskiyə Ukraynanın savaşdakı itkilərinin sayı barədə verdiyi suala dövlət başçısı konkret cavab verməyib:

“On minlərlə ölüm. On minlərlə insan yerlərindən didərgin salınıb. Nisbət birin beşədir. Döyüşdə həlak olmuş bir əsgərimizə beş Rusiya əsgəri düşür”.