“Ukrayna Silahlı Qüvvələri hamımıza Xarkov vilayətindən xoş xəbərlər çatdırıb. İşğalçıları tədricən Xarkovdan sıxışdırır”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində cəbhədəki vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri tədricən Rusiya hərbçilərini Xarkovdan sıxışdırıb çıxarır, regionun ərazisini azad edir.

O, həmçinin ukraynalıları təmkinli olmağa və həddindən artıq emosiyalar yaymamağa çağırıb.

“Həmçinin xalqımızı hədsiz emosiyalar yaymamağa çağırmaq istərdim. Hər həftə, hətta hər gün müəyyən qələbələr gözlənildiyi halda, siz bu cür konkret mənəvi təzyiq mühiti yaratmamalısınız. Ukrayna Silahlı Qüvvələri bütün şəhərlərimizi azad etmək üçün əlindən gələni edir”, – Prezident vurğulayıb.

İstinadlar Report