
Ukrayna Ordusu Rusiya Federasiyasının Kursk və Belqorod vilayətlərində aktiv müdafiə əməliyyatlarını davam etdirir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətlə bağlı məruzə etdiyini bildirib. Xüsusilə, bir çox sahələrdə vəziyyət çətin olaraq qalır.
Günortaya qədər cəbhədə Ukrayna mövqelərinə 70-ə yaxın hücum olub.
“Döyüşlərin əksəriyyəti Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərində gedir. Ordumuz Kursk və Belqorod vilayətlərinin müəyyən ərazilərində aktiv müdafiə hərəkətlərini davam etdirir”, – Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, cəbhədəki vəziyyət və Rusiya Ordusunun real fəaliyyəti sübut edir ki, dünya tərəfindən Rusiyaya müharibəni dayandırmaq üçün mövcud təzyiqlər yetərli deyil: “Tezliklə 50 gün olacaq ki, Rusiya Federasiyası ABŞ-nin tam və qeyd-şərtsiz atəşkəs təklifinə məhəl qoymur. Ukrayna martın 11-də bu təklifi qəbul etdi.