Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə verdiyinə görə üç azərbaycanlını təltif edib.

V.Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Belə ki, Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulu Qasımov Mehralı Süleyman oğlu və Ukrayna Ticarət Evinin Azərbaycandakı baş direktoru Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli Xidmətlərə görə ordeni ilə, Bakı Slavyan Universitetinin Ukrayna Mədəniyyət və Təhsil Mərkəzinin direktoru Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” medalı ilə təltif ediliblər.