Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının sədri Si Cinpinlə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparmaq istəyir və Çini Rusiyanın hərbi əməliyyatına təsir göstərməyə çağırır.

Bu barədə o, Honkonqun “South China Morning” qəzetinə müsahibəsində deyib.

“Mən birbaşa danışmaq istərdim. Bir il əvvəl sədr Si Cinpinlə söhbətim olmuşdu”, – Zelenski qeyd edib. Ukrayna lideri əlavə edib ki, Çin lideri ikitərəfli əlaqələr haqda səmimi danışırdı.

Onun sözlərinə görə, fevralın 24-dən sonra Kiyev Pekinlə danışıqlar aparmaq üçün rəsmi şəkildə sorğu verib. “Amma Çinlə heç bir danışıqlarımız olmadı, amma hesab edirəm ki, bu, faydalı olardı”, – Zelenski deyib.

İstinadlar Qafqazinfo