Ukraynada dünən keçirilən prezident seçkilərində qalib olmuş Vladimir Zelenski seçkilərdən sonra ilk dəfə xarici ölkə rəhbəri ilə telefonla danışıb.

Məlumata görə, onunla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Lakin danışıqların təfərrüatı açıqlanmır.

Qeyd edək ki, daha əvvəl Zelenskinin seçki qərargahından onun Rusiya ilə danışıqlar aparmaq istəyi bildirilib.

Daha əvvəl Ukraynanın Mərkəzi Seçki Komissiyası dünən keçirilən prezident seçkilərinin ilk nəticələrini açıqlayıb. Səslərin 1,47faizinin hesablanmasından sonra Vladimir Zelenskinin 70,82 faiz seçici səsi topladığı bildirilib.