“Ukraynanın işğalına cavab Rusiyanın başladığı müharibə kimi tammiqyaslı olmalıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müttəfiqlərinin Donor Konfransındakı çıxışı zamanı deyib.

“Yeni fəlakət kimsəyə lazım deyil. Biz 1986-cı il fəlakətindən, Rusiyanın bütün azad Avropaya qarşı bu dəhşətli müharibəyə hazırlaşdığı onilliklərdən nəticə çıxarmalıyıq”, – o bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın hərbi təcavüzünə cavab olaraq qətiyyətli fəaliyyət və inamlı birlik lazımdır: “Donbassda 8 illik müharibə və 24 fevraldan sonra Ukraynaya qarşı 170 günlük terror – susqunluq yox, yalnız həqiqət lazımdır. Yalnız qəti hərəkət və inamlı birlik lazımdır. Müdafiəmiz üçün silah və mərmi lazımdır. Bizə Ukrayna üçün kifayət qədər həcmdə maliyyə lazımdır”.

İstinadlar Report