“Rusiyanın Ukrayna şəhərlərinə heç bir raket hücumu cavabsız qalmayacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam çıxışında deyib.

“Və bu gün mən Ukraynanın Rusiya tərəfindən davamlı, ağır atəşə məruz qalan bütün şəhərlərimizin sakinlərinə ayrıca müraciət etmək istəyirəm. Xarkova, Nikolayevə, Donbasın bütün şəhərlərinə, Dnepropetrovsk vilayətinə, Zaporojye vilayətinə…Həyatın məhv edilməsinin və həyata normallıq verən hər şeyin məhv olunmasının daimi dəhşətini yaşayan hər kəsə…

Biz bu zərbələrin heç birini cavabsız qoymayacağıq. Şəhərlərə əmr verən və bu zərbələri həyata keçirən hər bir işğalçını müəyyən edəcəyik. Və biz onları məsuliyyətə cəlb edəcəyik, bu və ya digər şəkildə. Heç bir qatil gizlənmir”, – Zelenski vurğulayıb.