Ukraynadakı ekosid cinayətlərinə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi məsələləri ilə məşğul olmaq üçün Ukraynada xüsusi ekspert qrupu yaradılacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Necə ki, biz sanksiyaların və Ukrayna üçün təhlükəsizlik təminatının təşviqi ilə məşğul olan xüsusi ekspert qrupları yaratmışıq, biz də ilk növbədə dünyanın konsolidasiyası ilə məşğul olacaq ekspert qrupu da yaradırıq ki, Rusiya tam məsuliyyət daşısın”, – dövlət başçısı qeyd edib.

İstinadlar Report