Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanı terrorçu dövlət kimi tanımağa və onu BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasında videobağlantı formatında çıxış edən Ukrayna lideri deyib ki, Rusiyanın qurumun səsvermələrində iştirak etmək hüququ yoxdur:

“Mən sizi terror dövlətinin BMT Baş Assambleyasındakı nümayəndə heyətini səlahiyyətlərindən məhrum etməyə çağırıram. Mümkündür, lazımdır, ədalətlidir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmaq hüququ yoxdur. Rusiya BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətində iştirak etməkdə davam edir və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvü imtiyazlarından istifadə edir. Biz Rusiyanı terrora görə məsuliyyətə cəlb etməliyik”.

İstinadlar Report