“Cəbhədəki vəziyyət tam aydındır. Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, – dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, rusiyalılar “onsuz da çox şeydən məhrum olub”:

“Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə – səfərbərlik”.

İstinadlar Report