
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və İrandan olan 141 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
Müvafiq sərəncam Ukrayna Prezidentinin Ofisinin saytında dərc olunub.
Bununla da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 18 mart tarixli “İqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi və dəyişdirilməsi haqqında” qərarı qüvvəyə minib.