“Rusiya üzərində qələbədən sonra Ukrayna Avropa İttifaqına üzv olmalıdır. Buna haqqımız çatır”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avstriyanın paytaxtı Vyanada keçirilən “4GameChangers” festivalının iştirakçılarına videomüraciətində deyib.

“Ukrayna artıq dəyişib. Bu müharibə ölkəmizi birləşdirdi. Bu savaşda qələbədən sonra Avropanın vahid qalması, Ukraynanın isə Avropa İttifaqına üzvlüyü vacibdir. Ukrayna Avropa dəyərlərini və azadlığını qorumaq üçün çox şey edir. Ona görə də inanıram ki, Ukrayna Avropa İttifaqında bərabərhüquqlu dövlətlər sırasında olacaq”, – o söyləyib.

Dövlət başçısı vurğulayıb ki, bu müharibədə tarazlıq tapmaq mümkün deyil: “Çünki bu, xeyirlə şər, işıqla qaranlıq arasında tarazlıq axtarmaq kimidir”.

İstinadlar Report