
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara başlamaq üçün yeni şərtlər uydurub.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky TG24” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Kreml rəhbərinin bu cür bəyanatları ultimatumdur.
“Nə deyə bilərəm? Bu mesajlar ultimatumdur, onun əvvəllər Putinin irəli sürdüyü digər ultimatumlardan heç bir fərqi yoxdur”, – Ukrayna dövlət başçısı vurğulayıb.
V.Zelenski qeyd edib ki, Rusiya ilə heç bir dondurulmuş münaqişə olmayacaq.