Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində deyib.

“Biz bütün ərazimizi qaytarmalıyıq, lakin bunun əvəzini ödəməliyik. Biz onu fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq”, – Zelenski əlavə edib.

Zelenski Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd edib, lakin o, indi əsas vəzifəni 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsində görür.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın tutduğu bütün torpaqları geri qaytarmağa qadirdir.