Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.

Zelenski BMT-nin baş katibi Antoniu Quterreşlə görüşündən sonra belə bəyanatla çıxış edib.

“Mən baş katibi Rusiyanın əsirlərlə bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik”, – Prezident deyib.

İstinadlar Report