
İstanbulda keçirilən ikigünlük toplantıda Ukrayna, Fransa, Böyük Britaniya və Türkiyənin hərbi nümayəndələri Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edirlər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyədə Qara dənizdə təhlükəsizlik məsələsi ilə bağlı hərbi görüş keçirilir. Bu, ilk növbədə, “arzu edənlərin koalisiyası”na, müvafiq addımlara aiddir. Orada Parisdə keçirilmiş sammitdə qərarlaşdırılmış Avropa nümayəndələri olacaq – bunlar Böyük Britaniya və Fransadır, Ukraynanın iştirakı məcburidir və Türkiyə də ev sahibidir”, – o deyib.
Zelenski əlavə edib ki, hərbçilər “arzu edənlərin koalisiyası” çərçivəsində görüşdə təhlükəsizlik məsələsi üzərində işləyirlər.