Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinlə “o hazır olduqda” görüşəcək.

Bu barədə Ukrayna rəhbəri “RİA Novosti” agentliyinin müxbirinin sualına cavabında bildirib.

“Nə vaxt ki, o (Vladimir Putin-red) hazır olacaq”, – Zelenski deyib.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Putinlə danışıq fövqəladə dərəcədə mürəkkəb olacaq, amma ona getmək lazımdır. Kuleba həmçinin qeyd edib ki, rəsmi Kiyev iki ölkə prezidentinin görüşünə hazırdır, ancaq onda Moskvanın bu görüşdən çəkinməsi təəssüratı yaranıb.

İstinadlar Report