“Pasxa atəşkəsi” elan edilsə də, Ukrayna səmasında Rusiyanın hücum pilotsuz təyyarələri hələ də müşahidə olunur.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hazırda Ukraynada hava hücumu xəbərdarlığı yayılır. Saat 17:15-də səmamızda Rusiyanın hücum pilotsuz təyyarələri aşkar edilib”, – Ukrayna lideri qeyd edib.

O, izah edib ki, indi Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyası işlək vəziyyətə gətirilib.

“Bizim səmadakı “Şahedlər” Putinin Pasxa bayramına və insanların həyatına əsl yanaşmasıdır”, – deyə Zelenski bildirib.

İstinadlar Report