
“Nəticə üçün ciddi dəyişikliklərə ehtiyac var”.
Reuters yazır ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O, Ukrayna ordusunun əməliyyatlarında sürətli dəyişiklikləri tələb edib: “Cəld hərəkətə keçmək lazımdır”.
V. Zelenskinin sözlərinə görə, yaralı hərbçilərə tibbi yardımın göstərilməsində əsaslı dəyişikliklərə ehtiyac var.
Dövlət başçısı general-mayor Tetiana Ostaşenkonu Silahlı Qüvvələrin Tibb Qüvvələrinin komandiri vəzifəsindən azad edib. Bu vəzifəyə general-mayor Anatoli Kazmirçuk təyin olunub.
Nəşr yazıb ki, Ukraynanın Baş komandanı, general Valeri Zalujniy bu ay Ukraynanın Rusiya ordusu ilə mübarizə aparmaq üçün daha təkmil texnologiyaya ehtiyacı olduğunu bildirib.