Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirir – bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib.

Bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb.

Onun sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın “psevdoreferendumundan azad edilib”:

“Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib”.

V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib:

İstinadlar Report