Londonda ABŞ və Avropa nümayəndələri ilə danışıqlarda Ukrayna nümayəndə heyəti tam və ya qismən atəşkəs rejimini müzakirə etmək niyyətindədir.

Bunu Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bizim komandaya gəlincə, sabah onun əlində olan mandat var – bu, qeyd-şərtsiz atəşkəs və ya qismən atəşkəslə bağlı müzakirədir. Biz bu mərhələyə hazırıq”, – o deyib.

Onun sözlərinə görə, atəşkəsdən sonra Ukrayna Rusiya ilə istənilən formatda danışıqlar masası arxasına əyləşməyə hazırdır: “Biz atəşkəsdən sonra istənilən formatda danışıqlar masasına oturmağa hazırıq ki, dalana dirənməsin”, – Ukrayna lideri əlavə edib.

İstinadlar Report