Müharibənin davamlı və təhlükəsiz sülhlə nəticələnməsi üçün səhv etməməliyik.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müzakirələr ədalətli olmalıdır: “Həm Avropa İttifaqı, həm ABŞ, həm də Ukrayna danışıqlar masasında oturmalıdır. Zəmanət bütün aktorların iştirakı ilə təmin edilməlidir”.