Ukrayna Prezidenti Vladimir Zelenski Fransa lideri Emmanuel Makronun “Olimpiya atəşkəsi” barədə təklifini rədd edib.

Bu barədə o, “Agence France-Presse”ə müsahibəsində danışıb.

O, bildirib ki, ölkəsi üçün belə bir kritik məqamda analoji təşəbbüslərə ehtiyac yoxdur. Ukrayna liderinin toxunduğu daha bir məsələ hava hücumundan müdafiə sistemləri ilə bağlı olub. V. Zelenski ölkəsinin hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacın 25 faizini təmin edə bildiyini söyləyib.

V. Zelenskinin sözlərinə görə, rəsmi Kiyevin Ukrayna səmasında üstünlüyə malik olmaq üçün əlavə olaraq 130 ədəd müasir qırıcı göndərilməlidir. Ukraynanın dövlət başçısı edib ki, məhz bu səbəbdən Rusiyanın Hərbi Hava Qüvvələri öz ərazisindən belə ölkəsindəki obyektlərə asanlıqla zərbə endirə bilir.

O, Rusiyanın cəbhə boyunca irəlilədiyi barədə sualı da cavablandıraraq, bunu çox da ciddi uğur saymadığını bildirib.