Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronu Rusiya üçün müharibədən ‘üzüsulu’ çıxış yolu axtarmaqda ittiham edib.

Ukrayna lideri bu barədə İtaliyanın “Rai 1” kanalının efirində danışıb.

“Rusiya üçün çıxış yolu axtarmamalıyıq, Makron bunu boş yerə edir. Makron vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi, amma bunu edə bilmədi. Həm Rusiya, həm də Ukrayna tərəfdən. Onlara görə, mən Putinin simasını xilas etmək üçün suverenliyimizlə bağlı güzəştə getməliyəm, mənə elə gəlir ki, heç bir lider ölkəsinin ərazini itirmək istəməz. Bu ədalətsizlikdir, bu itirilmiş vaxtdır”, – Zelenski bildirib.