Mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın paytaxtı Madridə səfər edəcək.

Bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Zelenskinin İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcəyi, bundan sonra liderlərin yerli vaxtla saat 12:00-da Madriddə birgə mətbuat konfransı keçirəcəyi qeyd edilib.

Həmçinin Ukrayna lideri İspaniya kralı VI Felipe ilə də görüşəcək.

İstinadlar Report