Koronavirusa yolxumuş Ukrayna Prezidenti Vladimir Zelenski növbəti COVID-19 testinin nəticəsinin mənfi olduğunu və adi rejimdə işinin başına qayıtdığını açıqlayıb.

O, bu barədə teleqram kanalında yayımladığı videomüraciətində bildirib.

“Əhval-ruhiyyə xoşdur, temperatur 36,6 dərəcədir. Testin nəticəsi mənfi olduğundan özümdə müsbət əhval-ruhiyyədəyəm. Bankovadayam (Ukrayna prezidentinin ofisinin yerləşdiyi küçə – red.), işləyirik”, – o söyləyib.

İstinadlar Report