
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.
“Ukraynada Avropaya inteqrasiya baxımından iki çox mühüm günə qədəm qoyuruq. Bizim Kiyevdə əldə edəcəyimiz razılaşmalar və qəbul edəcəyimiz qərarlar bütün Avropanın güclənməsinə xidmət edəcək”, – Zelenski yazıb.