Ukrayna Prezidenti Volodimir Zelenski qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanunu imzalayıb.

“İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanun. Onun əsas məzmunu sadə, lakin son dərəcə vacibdir. Bu, qadınları zorakılıqdan və müxtəlif ayrı-seçkilik formalarından qorumaq öhdəçiliyidir. Biz Avropa dəyərlərini paylaşırıq. Bizim üçün insan həyatı və sağlamlığı ən yüksək dəyərdir”, – dövlət başçısı qeyd edib.

İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutan ilk beynəlxalq hüquqi aktdır. Sənəd bu cür zorakılığın qurbanlarının müdafiəsi və günahkarların cəzalandırılması üçün tədbirləri əhatə edir.

İstinadlar Report